Vizual Hesabat Sistemi Qurulması
Şirkət və müəssisələr üçün interaktiv Power BI və Excel əsaslı hesabat sistemləri qururuq. Gündəlik, aylıq və illik göstəricilər vahid paneldə izlənir.
Performans və Gəlir Analizi
Xidmət və məhsul üzrə gəlir bölgüsü, işçi performansı, xərclərin effektivliyi və gəlir artımı üçün analitik təhlillər təqdim edirik.
Strukturlaşdırılmış Data Sistemi
Qeyri-nizami və dağınıq dataları təmizləyir, strukturlaşdırır və istifadəyə hazır vəziyyətə gətiririk. Excel və Google Sheets üzərindən idarəetməni sadələşdiririk.
Rəhbər üçün Həftəlik Vizual Analiz
Şirkət rəhbərliyi üçün hər həftə sadə və anlaşılan vizual analiz təqdim olunur: nələr yaxşı gedir, nə dəyişməlidir və hansı sahədə optimizasiya lazımdır.
Müqayisəli Rəqəmsal Benchmarking
Oxşar sahədəki müəssisələrlə müqayisəli təhlil aparılır və rəqabət üstünlüyü üçün konkret təkliflər hazırlanır.
Avtomatik İzləmə və Bildiriş Sistemi
Müəyyən göstəricilərdə hədd aşımı və ya risk olduqda rəhbərliyə avtomatik xəbərdarlıq göndərən sistemlər qururuq (Power Automate və digər vasitələrlə).
Satış və ya xidmət gəliri gündəlik planı aşdıqda və ya geri qaldıqda, sistem avtomatik xəbərdarlıq göndərir. Rəhbərlik real vaxtda məlumat alır və qərar prosesi sürətlənir.
Hər bir işçi və ya şöbə üçün təyin olunmuş KPI-lər sistemdə izlənir. Aylıq nəticələr əvvəlki dövrlə müqayisə olunur və zəif nöqtələr barədə rəhbərliyə avtomatik hesabat göndərilir.
Xidmətlər üzrə pasiyent/satış yüklənməsi analiz olunur. Sistem avtomatik olaraq göstərir: hansı saatlarda və günlərdə işçi çoxdur, amma müştəri az. Bu da planlaşdırmanı optimallaşdırmağa imkan yaradır.
Məhsul və material ehtiyatı müəyyən həddin altına düşdükdə, sistem xəbərdarlıq verir. Tükənmə riski öncədən görünür. İdarəetmə daha rahat və vaxtında olur.